Nifrət nitqi və terrorizm çağırışları ehtiva edən proqramların və reklamların yayılması qanunla qadağan ediləcək
Qanunvericilik səviyyəsində nifrət nitqi və terrorizm çağırışları ehtiva edən proqramların və reklamların yayılmasının qadağan edilməsi nəzərdə tutulur. Parlamentdə artıq təşəbbüsü qaldırılmış müvafiq dəyişikliklər “Yayımçılıq haqqında” qanuna daxil edilir.
Qanun layihəsinə əsasən şəxsə və ya qrupa yönəlik məhdud imkanlara, etnik, sosial mənşəyə, gender, cins , gender kimliyi , milliyyət , irq , din və ya əqidə , cinsi oriyentasiya, dəri rəngi, genetik xüsusiyyətlər , dil , siyasi və ya digər baxışlar, milli azlığın üzvü, əmlak, doğum və ya yaşa görə, proqramın məzmunundan irəli gələrək bunun zərurət daşıması istisna olmaqla zorakılıq və ya nifrəti ehtiva edici proqram və reklamın qadağan edilməsi nəzərdə tutulur.
Həmçinin, dəyişikliklər əsasında terrorizm çağırışları olan proqramın və ya reklamların yayılması qadağan edilir.
Qanun layihəsində Aİ-yə üzv dövlətlərdə, bir qayda olaraq, nifrət nitqi və terrorizm çağırışı ehtiva edən proqramların və reklamların yayılması, eləcə də cavab hüququ ilə bağlı məsələlərin müvafiq tənzimləyici orqanlar tərəfindən tənzimləndiyi açıqlanıb.