Niderlandın səfiri - təbrik edirəm, Gürcüstan, gələcəyiniz Avropadadır, Niderland bu yolda dəstək olmağa davam edəcək
Niderlandın Gürcüstandakı səfiri Meline Arakeliyan Gürcüstanı Avropa Şurasının namizəd ölkə statusunun verilməsi ilə bağlı qərarı münasibətilə təbrik edir.
Meline Arakeliyanın videomüraciətində qeyd etdiyi kimi, Gürcüstanın gələcəyi Avropadadır və Niderland bu yolda Gürcüstana dəstək olmağa davam edəcək.
“Təbrik edirəm, Gürcüstan. Avropa İttifaqı Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi barədə qərar qəbul edib. Bu qərar, ilk növbədə, Gürcüstan əhalisinə mesajdır ki, biz sizin səsinizi eşitmişik və Avropa ailəsinə qoşulmaq istəyinizi təqdir edirik. Sizin gələcəyiniz Avropadadır. Avropa İttifaqının qərarı Gürcüstan üçün islahatları davam etdirmək, Avropa dəyərlərinə sadiqliyini açıq şəkildə nümayiş etdirmək və Aİ-nin gələcək üzvlüyünə doğru daha da irəliləmək üçün Avropa Komissiyası tərəfindən qoyulmuş şərtləri inklüziv, vahid şəkildə yerinə yetirmək istiqamətində güclü stimuldur. Niderland bu yolda Gürcüstana dəstək olmağa davam edəcək”- deyə Meline Arakeliyan gürcü dilində danışdığı videomüraciətində açıqlayıb.
Avropa Şurasının qərarına əsasən, Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə oldu.