Niderlandın müdafiə naziri - Trampın Vaşinqtonun müdafiəyə kifayət qədər pul xərcləyə bilməyən müttəfiqləri ola bilsin müdafiə etməyəcəyi ilə bağlı şərhi Putinin eşitməyi xoşladığı şeydir
Niderlandın müdafiə naziri - Trampın Vaşinqtonun müdafiəyə kifayət qədər pul xərcləyə bilməyən müttəfiqləri ola bilsin müdafiə etməyəcəyi ilə bağlı şərhi Putinin eşitməyi xoşladığı şeydir

 
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Vaşinqtonun müdafiəyə kifayət qədər pul xərcləyə bilməyən NATO müttəfiqlərini ola bilsin müdafiə etməyəcəyi ilə bağlı şərhi məhz Rusiya Prezidenti Vladimir Putinin eşitməyi xoşladığı şeydir-bu haqda Niderlandın müdafiə naziri Kaysa Olonqren açıqlayıb.

“Tam səmimi düşünürəm ki, Putinin eşitməyi xoşladığı şey məhz budur. Gücümüz birliyimizdir, bir olmazsaq, bu, bizi zəiflədər. Biz bilirik ki, Putin məhz bunu axtarır” – Olonqren bildirib.

Onun sözlərinə görə, kollektiv müdafiə prinsipi NATO Müqaviləsinin 5-ci maddəsində nəzərdə tutulub – bir üzvə hücum ən böyük hücum hesab olunur.

“O, ilk dəfə deyil ki, bu baxımdan nəsə deyir. Amma eyni zamanda, təbii ki, narahatçılıq doğurur. Düşünürəm ki, xüsusilə indi NATO ölkələrinə qarşı real təhdidlərə görə, bu qədər önəmli birinin bunu deməsi çox narahatedicidir” – Niderlandın müdafiə naziri qeyd edib.

Xatırladaq ki, 2024-cü ildə Cənubi Karolinada prezident seçkiləri kampaniyası zamanı Donald Tramp Rusiyanı Qərb hərbi alyansı çərçivəsində vergi ödəməyən istənilən NATO üzvünə hücum etməyə təşviq edəcəyini açıqlamışdı.