Niderlandın əlverişli aviaşirkəti "Transavia" Tbilisi Beynəlxalq Hava Limanında fəaliyyətə başlayır
Niderland Krallığının əlverişli aviaşirkəti “Transavia” Gürcüstan bazarında fəaliyyətə başlayır. Aviaşirkət Tbilisi Beynəlxalq Hava Limanından uçuşlar həyata keçirəcək.
“Tav Georgia”nın məlumatına əsasən, 2024-cü ilin yay naviqasiya mövsümündə aviaşirkət Amsterdam-Tbilisi-Amsterdam istiqamətində uçuşlar həyata keçirəcək. Aprelin 20-dən etibarən uçuşlar həftədə iki dəfə, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
“Transavia” Niderland Krallığının bir nömrəli əlverişli aviaşirkətidir və ikinci ən böyük aviaşirkətdir. AIR FRANCE KLM-in üzvü olan aviaşirkət 50 ildir Niderlandda 20-dən çox ölkənin 100-dən çox istiqamətinə uçuşlar həyata keçirir və hər il doqquz milyon sərnişin daşıyır.
“Transavia”nın yeddi bazası var. Aviaşirkətin gəmiləri Niderland Krallığının, Fransanın və Almaniyanın hava limanlarında bazalaşıb.