Niderlandın Ede şəhərindəki kafedə naməlum silahlı şəxs insanları girov götürüb
NiderlandınEde şəhərindəki kafelərdən birində naməlum silahlı şəxs insanları girov götürüb.
Polis hadisə yerinə səfərbər olunub. Yaxınlıqda yerləşən ev və müəssisələrdən insanların təxliyəsi həyata keçirilib.
Niderland polisinin məlumatına görə, girov götürülmənin terrorla əlaqəli olduğuna dair heç bir əlamət yoxdur. Cinayətkarın motivi hələlik məlum deyil.
Yerli medianın məlumatına görə, adamda odlu silahla yanaşı partlayıcı qurğu da var.
Kafe şəhərin mərkəzində yerləşir. Girovların sayı məlum deyil.