Niderland polisi Ede şəhərindəki kafedə insanları girov götürən şəxsi saxlayıb

17:15, 30.03.2024

Niderland polisi Ede şəhərindəki kafedə insanları girov götürən şəxsi saxlayıb. Bundan əvvəl o, kafedən 4 girovu azad edib. Onların hamısı qurumun işçiləri olub.

Şəhər meri girovlarla bağlı vəziyyətin həll olunduğunu təsdiqləyir. adamın saxlanıldğını əks etdirən videogörüntülər də yerli mediada dərc olunub.

Hadisə səhər saatlarında Ede şəhərinin mərkəzində baş verib. Yerli medianın məlumatına görə, adamda odlu silahla yanaşı, partlayıcı qurğunun olduğunu da bildirirlər.

Cinayətkarın motivi hələlik məlum deyil. Niderland polisinin məlumatına görə, girov götürülmənin terrorla əlaqəli olduğuna dair heç bir əlamət yoxdur.

Əməliyyat zamanı polis ətraf küçələri bağlayıb, yaxınlıqdakı ev və müəssisələrdən insanları təxliyə edib. Ede şəhərində də dəmir yolu hərəkəti dayandırılıb. Xüsusi təyinatlılar və minatəmizləyici qruplar hadisə yerinə səfərbər ediliblər.

Oxşar