Niderland Gürcüstan, Moldova və Bosniya-Herseqovinaya hərbi dəstək üçün əlavə səkkiz milyon avro ayıracaq
Niderland Gürcüstan, Moldova və Bosniya-Herseqovinaya hərbi dəstək üçün əlavə səkkiz milyon avro ayıracaq, – bu barədə Niderlandın Xarici İşlər Naziri Vopke Hoekstra “De Telegraaf” nəşrinə müsahibəsində bəyan etdi.
Səkkiz milyon avro Müdafiənin İnkişafı Fonduna köçürüləcək və dronlarla mübarizə, sursat anbarlarında müdafiənin gücləndirilməsi və kiberhücumlara qarşı dayanıqlığın gücləndirilməsi üçün istifadə olunacaq.
Niderlandın Xarici İşlər nazirinin qeyd etdiyi kimi, bugünkü qeyri-sabit vəziyyətdə NATO-nun Şərqi Avropa ölkələri ilə əməkdaşlığının gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, Rusiya Gürcüstan, Moldova və Bosniya-Hersoqovinanın daxili işlərinə qarışmağa çalışır.
“Yalnız birlikdə olmaqla Rusiya təcavüzünün qarşısını almaq üçün güclü və etibarlı təminat verə bilərik”, – Vopke bəyan etdi.
“Telegraaf”-ın məlumatına görə, Niderlandın ayırdığı maliyyə yardımı letal silahların alınmasını nəzərdə tutmur.