Nəyə görə Gürcüstan səyahət üçün arzu olunan ölkələr siyahısındadır - "Forbs" məqalə dərc etdirir
Nəyə görə Gürcüstan səyahət üçün arzu olunan ölkələr siyahısındadır, – bu başlıqla Gürcüstan barəsində “Forbs” amerika nəşri məqalə dərc etdirir
Məqalənin müəllifi En Abel yazır ki, Gürcüstanda qonaqpərvərlik dəyərlidir.
“Dostlarıma deyəndə ki, Gürcüstana gedirəm, hər cür əks səda qəbul etdim. Bəzi hesab etdi ki, mən ştatları nəzərdə tuturam. Bəzi soruşdu ki, bu təhlükəsizdirmi. (Bəli). Asiya və Avropanın yolayırıcısında yerləşən, bu keçmiş Sovet İttifaqının üzvü ölan ölkədə yemək mükəmməl və çoxsaylıdır. Gürcü dilində yemək sözü “süfrədir”. Bu zarafat deyil. Burada qonağı həmçinin “tanrıdan hədiyyə” adlandırırlar. Bu deməkdir ki, burada qonaqpərvərlik dəyərlidir və əsasən kulinariya ilə əks olunur”, – məqalənin müəllifi En Abel yazır.
“Bütün Gürcüstan şərab və sevgi ölkəsidir. Bu onun qonaqpərvərliyində görünür. Ölkə şəarabın vətəni kimi hesab olunur”, – müəllif qeyd edir.