Dünyada sadəcə dörd rəngli passportlar var və hər bir ölkənin rəng seçiminin öz səbəbləri var.
Qırmızı
Bu rəng əsasən, post-sovet və kommunist ölkələrində istifadə olunur.
Slovakiya, Çin, Serbiya, Latviya, Rusiya, Rumıniya, Polşa və Gürcüstan vətəndaşlarının pasportları da qırmızıdır.
Xorvatiyadan başqa, Avropa İttifaqının ölkələri də qırmızı passportdan istifadə edirlər.
Avropa İttifaqına daxil olmaq istəyən ölkələr, məsələn Türkiyə, Makedoniya və Albaniya öz passportlarının rənglərini dəyişdirirlər. Bu ölkələr bir neçə il bundan əvvəl qırmızı passportlara keçdilər.
Cənubi Amerika ölkələrinin bir hissəsinin də qırmızı passportu var: Boliviya, Kolumbiya, Ekvador və Peru.
Tünd mavi
Qırmızıdan sonra ən çox istifadə edilən passport rəngi mavidir. Mavi rəngdə qabıq yeni dünyanın simvoludur. Bu rəngdən Karib dənizinin 15 ölkəsi istifadə edir. Bu rəng həmçinin Cənubi Amerika ticari ittifaqına daxil olan ölkələrdə istifadə edilir: – Braziliya, Argentina, Paraqvai. Venesuela bu halda istisnadır. Bu ölkədə həmin ticari şəbəkənin üzvüdür, ancaq onun vətəndaşlarının passportları qırmızıdır.
ABŞ öz passportunun rəngini 1976-cı ildə dəyişdi və mavi elədi.
Yaşıl
Müsəlman ölkələrinin əksəriyyətinin passpotları yaşıl rəngdədir. Səbəb isə, Məhəmməd peyğəmbərinin yaşıl rəngini sevdiyi haqqında inancdır. Bu rəns müsəlmanlar üçün həyat simvoludur.
Həmçinin, bəzi Afrika ölkəsində də yaşıl passportlar var.
Qara
Ən az rast gələn passport rəngi qaradır. Bu rəngdəki passportlar əsasən, Afrika ölkələrində istifadə edilir. Yeni Zelandiya vətəndaşlarının passportları da qaradır, çünki qara rəng milli rəngdir.
Belə ki, hava limanında uzun sürən növbədə durarkən passportların rəngi haqqında bu məqaləyi xatırlayın.