New York Times-Siena Kollecinin sorğusuna əsasən, Kamala Harris Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında Donald Trampı 4 faiz qabaqlayır.
New York Times-Siena Kollecinin sorğusuna əsasən, Kamala Harris Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarında Donald Trampı 4 faiz qabaqlayır.

New York Times-Siena Kollecinin sorğusuna əsasən, ABŞ prezidentliyinə namizəd Kamala Harris üç əsas ştatda Donald Trampı qabaqlayır. Bunlar: Miçiqan, Pensilvaniya və Viskonsin.

“New York Times”ın yazdığı kimi, avqustun 5-dən avqustun 9-dək adı çəkilən üç ştatın seçiciləri ilə müsahibə aparılıb. Prezident seçkiləri bu gün keçirilsə kimə səs verəcəklərini soruşduqda 50 faiz Harrisin, 46 faiz isə Trampın adını çəkib.

“New York Times”ın yazdığına görə, sorğular Kəmalə Harrisin populyarlığının hər ştatda artdığını, Donald Trampın reytinqinin isə bir qədər yaxşılaşdığını göstərir. Medianın məlumatına görə, respondentlərin 47 faizi Trampın ölkə üçün “çox pis” və ya “bir qədər pis” olacaq dəyişikliklər həyata keçirəcəyinə inanır. Respondentlərin 37 faizi Harri haqqında eyni şeyi deyir.