"New York Times" İranın, İsraillə müharibəyə hazırlaşdığına görə Rusiyadan müasir raket əleyhinə sistemlər verməsini istəməsi haqda məlumat verir
"New York Times" İranın, İsraillə müharibəyə hazırlaşdığına görə Rusiyadan müasir raket əleyhinə sistemlər verməsini istəməsi haqda məlumat verir

 

“New York Times” İranın, İsraillə müharibəyə hazırlaşdığına görə Rusiyadan müasir raket əleyhinə sistemlər verməsini istəməsi haqda məlumat verir. “New York Times”ın iki yüksək rütbəli İran rəsmisinə istinadən yazdığı kimi, İran Tehrana radarlar və müasir hava hücumundan müdafiə sistemləri verməsi xahişi ilə artıq Rusiyaya müraciət edib və onların Rusiyadan İrana çatdırılmasına artıq başlanılıb.

Nəşrin məlumatına əsasən, bu mövzuda söhbət Rusiyanın sabiq müdafiə naziri Serqey Şoyqunun İrana səfəri çərçivəsində baş tutub. Şoyqu İranın yeni seçilmiş prezidenti Masud Pezeşkiyan, İranın Silahlı Qüvvələrinin generalı Mohamed Bağeri və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb.

“Rusiya regional məsələlərdə İranla tam əməkdaşlığa hazırdır” – Şoyqu bildirib.