“New York Times” – Çinli hakerlərin Donald Trump və Cey Di Vensin telefonlarına giriş əldə etdiyi iddia edilir

11:26, 26.10.2024

Çinli hakerlər ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun namizədi, Ohayo ştatından senator Cey Di Vensin telefonlarına giriş əldə ediblər.

Bu barədə “New York Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, 2024-cü ilin əvvəlində ABŞ təhlükəsizlik xidmətlərinin əməkdaşları Amerika telekommunikasiya sistemlərində Çinlə əlaqəli haker qrupunun izlərini aşkar ediblər və Qərb kibertəhlükəsizlik mütəxəssisləri bunu Salt Typhoon adlandırıblar.

NYT-nin mənbələrinə görə, müstəntiqlər çinli hakerlərin konkret telefon nömrələri ilə maraqlandığını bu yaxınlarda aşkar ediblər.

Məqaləyə görə, Trampın seçki qərargahına bu həftə onun və Vensin telefon nömrələri sındırılan şəxslər arasında olduğu barədə məlumat verilib. Nəşrin mənbələri bildirirlər ki, ABŞ müstəntiqləri artıq hakerlərin hansı məlumatları əldə edə bildiyini müəyyənləşdirirlər. Hazırda araşdırma ilkin mərhələdədir.

New York Times-a görə, haker hücumu milli təhlükəsizliyə geniş təsir göstərə bilər.

Tramp kampaniyasının sözçüsü Stiven Çunq ABŞ-ın keçmiş prezidentinin və onun yaxın müttəfiqinin telefonlarının haker hücumlarına məruz qalıb-qalmaması ilə bağlı şərh verməkdən imtina edib, əksinə, Ağ Evi xarici gücə bunu etməyə icazə verməkdə günahlandırıb.

Məlumat üçün bildirək ki, hələ aprel ayında ABŞ Çinin ABŞ-dakı prezident seçkilərinə təsir etmək cəhdlərini müşahidə etdiyini açıqlamışdı.

Oxşar