“New York Times” – ABŞ prezident seçkilərinə iki həftə qalmış Kəmalə Harris və Donald Trampın reytinqləri bərabərləşib
The New York Times və Siena Kollecinin yeni sorğusuna əsasən, ABŞ prezident seçkilərində Demokratlar və Respublikaçılar Partiyasının namizədlərinin reytinqləri bərabərdir.
Sorğunun nəticələrinə görə, hər iki namizəd 48-48% səs toplayıb. İki həftə əvvəl keçirilən sorğuda Harris 49%, Tramp isə 46% səs toplayıb.
Nüfuzlu Amerika nəşrinin yazdığı kimi, bu nəticələr “Harrisə ümid vermir”, çünki əvvəlki seçkilərdə demokratların namizədi milli sorğularda öndə olsa da, son nəticədə seçkidə məğlub olub.
“The New York Times” qeyd edir ki, son iki ayda hər iki namizədin reytinqi ciddi dəyişməyib. Bu müddət ərzində debatlar aparılarkən Donald Trampa iki hücum olub və namizədlər yeddi “yelləncək” ştatında onlarla aksiya keçiriblər.
Bu ştatlarda aparılan sorğuların əksəriyyəti Kamala Harris və Donald Trampın qalib gəlmə şanslarının bərabər olduğunu göstərir.
Bununla belə, “Hill”in proqnozuna görə, respublikaçı namizədin prezident seçkilərində qalib gəlmək şansı demokrat Harrisə nisbətən bir qədər yüksəkdir.