Nəriman Nərimanovun Xatirə Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sərgi təşkil olunub
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Tbilisidəki Nəriman Nərimanovun xatirə muzeyinin həyətində “Yaşıl dünya” adlı sərgi təşkil olunub. Uşaqlar üçün əyləncəli tədbir də keçirilib.
Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev uşaqları Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edib.
“Bu gün gözəl bayramdır, bütün uşaqları bu bayram münasibətilə təbrik edirik. Bu gün bu bayramla əlaqədar Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi və Səfirliyin birgə təşkilatçılığı ilə sərgi keçirilib. Əminik ki, Azərbaycanda və Gürcüstanda yaşayan, böyümüş, təhsil almış gənclər həmişə əmin-amanlıq şəraitində yaşayacaqlar. Bu gün biz bütün uşaqları təbrik edir, onlara uğurlu və xoşbəxt həyat arzulayırıq”, – deyə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyeva bildirib.
Uşaqlara yarışlarda iştirak etmək imkanı yaradılıb, onlara simvolik hədiyyələr də verilib.
Tədbir Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşəbbüsü, Azərbaycanın Gürcüstandakı səfirliyi, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin dəstəyi ilə keçirilib.