Nəqliyyat və Urban Inkişaf Agentliyi - vətəndaşların biletsiz gediş-gəlişinə görə 50-60 lari məbləğində cərimə olunması barədə məlumat yalandır və vətəndaşları çaşdırmaq məqsədi daşıyır
Tbilisi meriyasının Nəqliyyat və Urban Inkişaf Agentliyi məlumat yayıb.
Açıqlamada bildirilir ki, sosial şəbəkələrdə ictimai nəqliyyatda biletsiz səyahətə görə vətəndaşların 50 laridən 60 lariyə qədər cərimələnməsi ilə bağlı yayılan məlumatlar yalandır.
“Tbilisi meriyasının Nəqliyyat və Urban Inkişaf Agentliyi qəti şəkildə bəyan edir ki, yayılan məlumat yalandır və vətəndaşları çaşdırmaq məqsədi daşıyır.
Bir daha xatırladırıq ki, Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin 4-cü hissəsinin “A” yarımbəndinə əsasən, biletsiz səyahət etmək, habelə 10-16 yaş arası uşaqları biletsiz səyahət etdirmək 20 lari məbləğində cərimə ilə nəticələnir. Cərimənin könüllü ödənilməsi üçün 30 gün müəyyən edilir.
Göstərilən müddət başa çatdıqdan sonra məbləğ ödənilmədikdə, qanunu pozandan cərimənin iki misli miqdarında cərimə tətbiq olunur. Cərimə edilmiş şəxs cərimə tətbiq edildiyi gündən 30 gün ərzində tətbiq edilmiş cəriməni və əlavə haqqı ödəmədikdə, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cərimənin və əlavə haqqın ödənilməsini təmin edən tədbirlər həyata keçirilir.
Burada izah edirik ki, biletsiz sərnişinin cəriməsi qanunla müəyyən edilmiş məcburi tədbirdir və cərimələrdən alınan pullar ictimai nəqliyyatın normal fəaliyyət göstərməsinə sərf olunur.
Nəqliyyat və Urban Inkişaf Agentliyi vətəndaşları yoxlanılmamış və yalan məlumat yaymaqdan çəkinməyə və zəruri hallarda agentliyin qaynar xəttinə zəng etməyə çağırır: 13 98”-Tbilisi meriyasının Nəqliyyat və Urban Inkişaf Agentliyinin bəyanatında deyilir.