Neft və Qaz Korporasiyası tərəfindən verilmiş məlumata əsasən, yaşıl hidrogen istehlakının inkişafına 1,3 milyon avro ayrılır
Neft və Qaz Korporasiyası tərəfindən verilmiş məlumata əsasən, yaşıl hidrogen istehlakının inkişafına 1,3 milyon avro ayrılır

 

Almaniya-gürcü hökumətinin danışıqlar həftəsi çərçivəsində Neft və Qaz Korporasiyasının baş direktoru Qiorqi Chikovani və Almaniya İnkişaf Bankının (KfW) enerji sektorunun direktoru Bodo Şmülinq arasında yaşıl hidrogen istehlakının inkişafı və bununla əlaqədar hazırlıq tədbirlərinə 1,3 milyon avro ayrılmasını nəzərdə tutan saziş imzalanıb.

Gürcüstanın Neft və Qaz Korporasiyası tərəfindən verilmiş məlumatda sazişin bu gün, iyunun 19-da Berlində iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadzenin iştirakı ilə imzalandığı deyilir. Verilmiş məlumatda saziş layihəsinə əsasən, maliyyələşdirmənin sahibkarlıq xarakterli məqsədləri olduğu deyilir. Beləliklə, alınan vəsait hazırlıq işləri – zəruri texniki-iqtisadi əsaslandırma, layihələndirmə, ətraf mühitə təsir hesabatları və müvafiq qanunvericilik təşəbbüsləri layihəsinin həyata keçirilməsi və s. üçün təyin edilib.

“Almaniyanın federal hökuməti Almaniya İnkişaf Bankının vasitəsilə və İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə əməkdaşlıqla Gürcüstanda yaşıl hidrogen bazarının inkişafını təşviq etməyi planlaşdırır. Məhz bu məqsədlə yaşıl hidrogen pilot layihəsinin inkişafı ilə əlaqədar Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Gürcüstanın Neft və Qaz Korporasiyası, Batumi Munisipalitetinin Meriyası və Almaniya İnkişaf Bankı ( KfW) arasında memorandum imzalanmışdır. Memorandum tərəflərin həm yaşıl hidrogen pilot müəssisəsini, həm də onun tam dəyər zəncirini (tələb və təklif daxil olmaqla) birgə səylərlə inkişaf etdirmək niyyətini təsdiq edir. Məhz layihənin ilkin mərhələsi yuxarıda qeyd olunan saziş və onun əsasında ayrılacaq məbləğdir (1,3 milyon) və onunla ölkədə yaşıl hidrogenin inkişafının təşviqi üçün ilk addımlar atılacaq. Birinci mərhələdə Batuminin munisipal nəqliyyatı ən təmiz enerji məhsullarından biri olan hidrogendən istifadə yolu hesab olunur. Hazırlıq işləri isə təxminən bir il çəkəcək”- deyə məlumatda deyilir.