Neft Məhsulları İdxalçıları Assosiasiyasında avqust ayında yanacağın yenidən ucuzlaşacağını bildirirlər
Neft Məhsulları İdxalçıları Assosiasiyasında avqust ayında yanacağın yenidən ucuzlaşacağını bildirirlər

 

Neft Məhsulları İdxalçıları Assosiasiyasında avqust ayında yanacağın yenidən ucuzlaşacağını bildirirlər. Həm benzin, həm də dizel yanacağından bəhs olunur.

Neft Məhsulları İdxalçıları Assosiasiyasının rəhbəri buna səbəb olaraq milli valyutanın möhkəmlənməsini və neftin beynəlxalq qiymətlərinin ucuzlaşmasını göstərir.

“Hazırda neftin qiyməti aşağı düşüb. Faktiki olaraq, neftin qiyməti müharibədən əvvəlki qiymətlərə qayıdır. Pərakəndə satış şəbəkəsindəki vəziyyətə gəlincə. Beynəlxalq bazar qiymətlərinin ucuzlaşmağa başlamasına, milli valyutanın möhkəmlənməsinə paralel olaraq, bizdə də yanacaq ucuzlaşmağa başlayıb. Qiymətlərin ucuzlaşması əsasən qeyri-brend yanacaqdoldurma məntəqələrində nəzərə çarpır, bu məntəqələrdə benzini orta hesabla 3 lariyə almaq olar. Dizelə gəlincə, dizel 30-40 tetri ucuzlaşıb. Brend stansiyalara gəlincə, burada da həm benzinin, həm də dizelin qiyməti aşağı salınıb. Qeyd etmək lazımdır ki, bu tendensiya davam edəcək və yaxın gələcəkdə yanacaq daha da ucuzlaşacaq. Rusiya ilə Ukrayna arasında müharibənin hələ də davam etməsinə baxmayaraq, gözləntilərimiz kifayət qədər nikbindir. Avqustda qiymətlər azalmağa davam edəcək”-deyə Vano Mtvralaşvili bildirir.

Bu gün etibarilə, dırnaq arası Platz-a əsasən, bir ton benzin 917 dollardır. Dizelə gəlincə, onun qiyməti 1022 dollaradək azalıb.