Ned Prays - strateji partnyor kimi ABŞ Gürcüstan, Ukrayna və Moldovanın Avropa cəhdlərini güclü şəkildə dəstəkləyir
Ned Prays - strateji partnyor kimi ABŞ Gürcüstan, Ukrayna və Moldovanın Avropa cəhdlərini güclü şəkildə dəstəkləyir

ABŞ Dövlət Departamentinin nümayəndəsi, Ned Prays bəyan edir ki, strateji partnyor kimi ABŞ Gürcüstan, Ukrayna və Moldovanın Avropa cəhdlərini güclü şəkildə dəstəkləyir.

Bu barədə Ned Prays bu gün keçirdiyi brifinqdə Avropa İttifaqının qərarı ərəfəsində Gürcüstan, Ukrayna və Moldovanın namizəd statusu ilə bağlı sualına cavab verərkən danışdı.

“Bu məsələ qeyd olunan üç ölkə və Avropa İttifaqına aiddir. Lakin, strateji partnyor kimi ABŞ Gürcüstan, Ukrayna və Moldovanın Avropa cəhdlərini güclü şəkildə dəstəkləyir.

Biz bu ölkələri bu yolda dəstəkləyirdik, müstəqilliklərini əldə etdikləri gündən bu günədək və onları bu yolda dəstəkləməyi davam etdirəcəyik”, – Prays bəyan etdi.