Ned Prays - NATO-nun açıq qapı siyasəti açıq qapı deməkdir, bu bizim üçün əhəmiyyətlidir və müzakirəyə tabe deyil
NATO-nun açıq qapı siyasəti açıq qapı deməkdir, bu bizim üçün əhəmiyyətlidir və müzakirəyə tabe deyil, – bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi, Ned Prays brifinqdə bəyan etdi.
Media nümayəndəsinin ABŞ-ın Rusiyaya sülh təklifi vermək üçün Ukrayna və Gürcüstana NATO-nun genişlənməsindən imtina edib-etməyəcəyi sualına cavab olaraq Dövlət Departamentinin nümayəndəsi bəyan etdi ki, Rusiya Vaşinqtonun təkliflərinə cavab vermədən Ukraynada müharibəyə başladı.
“İki fərqli məsələ var. Vladimir Putin bu müharibəyə başlamazdan əvvəl biz çox aydın dedik ki, biz Rusiyanın masaya qoyduğu bəzi məsələləri müzakirə etməyə hazırıq və konkret addımlar var, transatlantik birliyin təhlükəsizliyinə töhfə verəcəyini düşündüyümüz konkret müzakirələr var. ABŞ və Avropadakı müttəfiqlərimiz və həmçinin Moskvanın bəzi problemlərini həll etmək üçün. Təbii ki, Rusiya bundan imtina etdi. NATO-ya gəldukdə, biz çox açıq deyirik ki, NATO-nun açıq qapısı açıq qapı deməkdir, bu, bizim üçün əhəmiyyətlidir və müzakirəyə tabe deyil”, – Prays bəyan etdi.