Ned Prays - Kelli Deqnan və onun komandası gürcü xalqı ilə işləmək və Gürcüstanın Avroatlantik cəhdlərini dəstəkləmək istəyindədir, səfirin bizdən tam dəstəyi var
Kelli Deqnan və onun komandası gürcü xalqı ilə işləmək və Gürcüstanın Avroatlantik cəhdlərini dəstəkləmək istəyindədir, səfirin bizdən tam dəstəyi var, – bu barədə Dövlət Departamentinin mətbuat katibi, Ned Prays brifinqdə bəyan etdi.
“Bəzi gürcü rəsmi şəxslərinin ritorikasının Gürcüstan vətəndaşlarını bu məqsəddən yayındırmaq məqsədini güddüyü görünür. Kelli Deqnan, onun komandası və Tbilisidə bizim Səfirliyimiz gürcü xalqı ilə işləmək və Gürcüstanın Avroatlantik cəhdlərini dəstəkləmək istəyindədir. Səfir, Kelli Deqnanın bizdən tam dəstəyi var.
Səfir Deqnana və ya onun komandasına dezinformasiya və şəxsi hücumlar tərəfdaşlarımız arasındakı ünsiyyətə müvafiq deyil və biz diqqətimizi ümumi məqsədlərimizi dəstəkləməyə davam edəcəyik.
Biz 30 ildir demokratik islahatlar, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində əməkdaşlıq üzərində çiyin-çiyinə işləyirik və bu, dəyişməz olaraq qalır”, – Prays bəyan etdi.