Ned Prays - Gürcüstan və Moldova ABŞ-ın mühüm partnyorlarıdır, biz onların suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqik
Həm Gürcüstan, həm də Moldova ABŞ-ın mühüm partnyorlarıdır. Biz onların suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqik, – bu barədə Dövlət Departamentinin mətbuat katibi, Ned Prays bəyan etdi.
Praysın dediyinə görə, Vaşinqton bölgədəki partnyorları ilə daim əlaqə saxlayır və bu, təbii ki, Gürcüstana da aiddir.
Onun sözlərinə görə, ABŞ hər iki ölkəyə dəstəyini davam etdirəcək.
“Səfirliyimiz, departamentimiz vasitəsilə bölgədəki partnyorlarımızlar daim əlaqə saxlayırıq. Bu, təbii ki, Tbilisidəki həmkarlarımıza da aiddir. Bu disskusiyalar davam edir. Biz bilirik ki, Vladimir Putinin bğlgənin digər ölkələrinə qarşı təcavüzkarlıq istəkləri ola bilər. Düşünürəm ki, cavab olaraq biz Ukraynalı partnyorlarımıza Rusiyanın bu dəhşətli təcavüzü qarşısında, bu dəhşətli vəziyyət qarşısında effektiv olmaq üçün lazım olanları necə təmin etdiyimizi nümayiş etdiririk. Biz göstəririk ki, ABŞ, müttəfiqlərimiz və partnyorlarımız bu cür hərəkətlərə dözməyəcəklər”, – Ned Prays bəyan etdi.