Ned Prays - Gürcüstan parlamentində təşəbbüsü irəli sürülən qanun layihəsi potensial olaraq Gürcüstanın Avro-Atlantik inteqrasiyasını və istəklərini məhv edə bilər
Ned Prays - Gürcüstan parlamentində təşəbbüsü irəli sürülən qanun layihəsi potensial olaraq Gürcüstanın Avro-Atlantik inteqrasiyasını və istəklərini məhv edə bilər

 
Gürcüstan parlamentində təşəbbüsü irəli sürülən qanun layihəsi öz cəmiyyəti üçün daha yaxşı gələcək yaratmağa istəkli olan Gürcüstan vətəndaşlarının müstəqil səslərini damğalayacaq və susduracaq-bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays Gürcüstan parlamentində “Xarici agentlərin qeydiyyatı haqqında” təşəbbüsü irəli sürülən qanun layihəsi ilə əlaqədar suala cavabında açıqlayıb.

“Gürcüstan parlamentindəki qanun layihəsi barədə məlumatlıyıq. Bunun Gürcüstanda söz azadlığı və demokratiya üçün mümkün nəticələrindən dərindən narahatıq. Biz Gürcüstan hökumətinə dəfələrlə narahatlığımızı ifadə etmişik. Təşəbbüsü irəli sürülən qanun layihəsi öz cəmiyyəti üçün daha yaxşı gələcək yaratmağa istəkli olan Gürcüstan vətəndaşlarının müstəqil səslərini damğalayacaq və susduracaq. Belə bir qanunun Gürcüstanın Avro-Atlantik inteqrasiyasını və Gürcüstan əhalisinin son onilliklər ərzində açıq şəkildə ifadə etdiyi Avro-Atlantik istəklərini potensial olaraq məhv edə biləcəyinə inanırıq. Bu qanunvericiliyin bizim “Xarici Agentlərin Qeydiyyatı Aktı”na əsaslandığına dair bəyanatların yalan olduğu aşikardır. Əslində, oxuduğumuz qanunvericiliyin görünür Amerika qanunvericiliyində deyil, oxşar rus və macar qanunvericiliyində kökləri var” -deyə Ned Prays açıqlayıb.