Ned Prays - gürcü xalqı, Gürcüstan hökuməti beynəlxalq ictimaiyyətin yanındadır, mövcud vəziyyətlə bağlı Gürcüstandakı həmkarlarımızla sıx əlaqə saxlayırıq
Ned Prays - gürcü xalqı, Gürcüstan hökuməti beynəlxalq ictimaiyyətin yanındadır, mövcud vəziyyətlə bağlı Gürcüstandakı həmkarlarımızla sıx əlaqə saxlayırıq

 
Gürcü xalqı, Gürcüstan hökuməti beynəlxalq ictimaiyyətin yanındadır, -bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinqdə bildirib.

Jurnalist ABŞ Dövlət Departamentinin nümayəndəsinə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin “beynəlxalq sanksiyaların tətbiqi səbəbindən Rusiya Federasiyası hərbi, ikili təyinatlı və mülki malların təchizatı imkanından məhrumdur. Sanksiyalardan yan keçmək üçün rus agentləri konkret olaraq Gürcüstan ərazisindən keçən qaçaqmalçılıq kanalları yaradırlar. Bununla yanaşı, Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələri siyasi rəhbərlikdən qaçaqmalçıların fəaliyyətinə müdaxilə etməmək barədə göstərişlər alıblar” barədə bəyanatına dair sual ünvanlayıb.

ABŞ-ın Ukrayna kəşfiyyatını dəstəkləyəcək hər hansı bir məlumatının olub-olmaması , Belarus və ya Rusiyaya sanksiyalardan yayınmağa kömək etməyə çalışan ölkələr üçün bunun nəticələrinin necə olacağına dair ünvanlanan suala cavab olaraq, Ned Prays ABŞ -ın hakimiyyət nümayəndələrinin gürcü həmkarları ilə sıx əlaqələrə malik olduğunu bildirib.

“Mən sizin tərəfinizdən səsləndirilən ittihamların mahiyyəti barədə danışmaq iqtidarında deyiləm. Keçən həftə bu barədə danışdıq, lakin gürcü xalqı Rusiyanın təcavüzünün nə demək olduğunu, o cümlədən Rusiyanın suveren əraziləri qoparmaq cəhdlərini nisbətən yaxşı xatırlayır. Biz gürcü xalqının, Gürcüstan hökumətinin beynəlxalq ictimaiyyətin yanında olduğuna, o cümlədən BMT-dəki vacib səsvermələrdə Kremlin Ukraynada etdiklərinin əleyhinə olduğuna şahid olduq. Bizim Gürcüstandakı həmkarlarımızla mövcud vəziyyətlə bağlı sıx təmaslarımız var və onlarla sıx əlaqə saxlamağa davam edəcəyik” – deyə Ned Prays bildirib.

Sanksiyalardan yayınmağa kömək etməyin gözlənilən nəticələrinə gəlincə, Ned Prays qeyd edib ki, konkret ölkə adı çəkmədən ABŞ bildirib ki, ABŞ və tərəfdaşları tərəfindən tətbiq edilən sanksiyalardan yan keçməyə çalışan ölkələr və ya nəyin bahasına olursa olsun Kremlin hərbi səylərini maliyyə və ya silah tədarükü ilə dəstəkləyəcək ölkələr nəticə qarşısında qalacaqlar.