Ned Prays - Avropa Komissiyasının həyata keçirməyə çağırdığı islahatları yerinə yetirərkən Gürcüstan hökuməti ilə yenə də işləmək arzusundayıq
Ned Prays - Avropa Komissiyasının həyata keçirməyə çağırdığı islahatları yerinə yetirərkən Gürcüstan hökuməti ilə yenə də işləmək arzusundayıq

 

Avropa Komissiyasının həyata keçirməyə çağırdığı islahatları yerinə yetirərkən Gürcüstan hökuməti ilə yenə də işləmək arzusundayıq-bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlama verib.

Ukraynanın Bidzina İvanişvilinin ailə üzvlərinə qarşı tətbiq etdiyi sanksiyalardan Dövlət Departamentinin məlumatlı olub-olmaması və sanksiyalar siyahısı ilə bağlı Ukrayna tərəfi ilə konsultasiyalar aparıb-aparmaması ilə əlaqədar Ned Praysa sual ünvanlanıb.

“Ukraynalı tərəfdaşlarımızla sıx işgüzar əlaqələrimiz var. Tətbiq edə biləcəkləri istənilən sanksiyalar barədə danışmağı onların ixtiyarına buraxıram. Gürcüstana gəlincə, dəfələrlə dediklərimizi eşitmisiniz; Düşünürəm ki, mən bunu sizə əvvəllər də demişəm – Avropa İttifaqının, indiki halda Avropa Komissiyasının həyata keçirməyə çağırdığı islahatları yerinə yetirərkən Gürcüstan hökuməti ilə yenə də işləmək arzusundayıq. Biz Gürcüstanla bu yolda və onun daha geniş Avropa istəkləri üzərində işləmək istəyirik” -deyə Ned Prays bildirib.