Nəbatat bağında Nariğala tərəfində yerləşən kassa müvəqqəti olaraq bağlanıb
Tbilisi Meriyasının verdiyi məlumata əsasən, Gürcüstanın Milli Nəbatat Bağında Nariğala tərəfində yerləşən kassa müvəqqəti olaraq bağlanıb.
Tbilisi Meriyasının məlumatında, bol yağıntının botanika bağında eroziya proseslərini aktivləşdirdiyi, intensiv daş tökülməsinə səbəb olduğu və Nariğala kassasının ərazisi yaxınlığında daş divarları uçurduğu deyilir.
“Təhlükəli risklərin minimuma endirilməsi məqsədilə məsələ öyrənilir və müvafiq işlər görülür. Təhlükəsizlik məqsədilə Nariğala tərəfində yerləşən kassa müvəqqəti olaraq bağlanıb. Ziyarətçilər nəbatat bağına Botanikuri küçəsində yerləşən mərkəzi girişdən, eləcə də Mirzə Şəfi küçəsindəki dolama kassadan daxil ola biləcəklər.
Nəbatat bağı hər gün, bütün bayram və qeyri-iş günlərində saat 09:00-dan 19:30-a kimi açıqdır. Bağın kassalarının iş saatları mövsümi olaraq dəyişir və Nəbatat Bağının administrasiyası tərəfindən iş saatları haqqında məlumat rəsmi səhifədə dərc olunur” – meriyanın məlumatında qeyd olunub.