NDI-ın tədqiqatına əsasən, hökumətin fəaliyyətinin müsbət qiymətləndirilməsi 10 faiz artıb və 54 faiz təşkil edir
NDI-ın tədqiqatına əsasən, hökumətin fəaliyyətinin müsbət qiymətləndirilməsi 10 faiz artıb.
Hazırkı hökumətin fəaliyyətini necə qiymətləndirirsiniz sualına fikri soruşulanların 54 faizi hökumətin fəaliyyətini yaxşı, 38 faizi isə pis qiymətləndirdiyini bildirib. Bilmirəm- fikri soruşulanların altı faizi cavabında bu sözləri deyib, iki faizi isə cavab verməkdən imtina edib.
Tədqiqatda qeyd edildiyi kimi, bu ilin mart ayında aparılan tədqiqatla müqayisədə müsbət göstərici 11 faiz artıb, mənfi göstərici isə beş faiz azalıb.
NDI-ın məlumatına görə, sözügedən hesabat oktyabrın 14-dən noyabrın 4-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında ölkə miqyasında aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır. Oktyabrda keçirilən sorğu ümumilikdə 2068 tamamlanmış müsahibəni əhatə edir. Sorğuda orta səhv nisbəti +/- 2,2 faiz təşkil edir.