NDI-ın tədqiqatına əsasən, fikri soruşulanların əksəriyyəti, yəni 45 faizi Gürcüstanın gələcəyinə nikbin baxır
NDI-ın tədqiqatına əsasən, fikri soruşulanların əksəriyyəti, yəni 45 faizi Gürcüstanın gələcəyinə nikbin baxır

 
NDI-ın tədqiqatına əsasən, fikri soruşulanların əksəriyyəti Gürcüstanın gələcəyinə nikbin baxır. Mən ölkəmin gələcəyinə nikbin baxıram- ifadəsi ilə nə dərəcədə razı və ya razı deyilsiniz sualını, fikri soruşulanların 45 faizi “razıyam”, 39 faizi “nə razıyam, nə də razı deyiləm”, 14 faizi isə “razı deyiləm” deyə cavablandırıb. Fikri soruşulanların 2 faizi isə “bilmirəm” cavabını verib.

2022-ci ilin dekabr ayının göstəricilərinə əsasən, fikri soruşulanların nəticələri belə olub: Razıyam – 44 faiz, nə razıyam, nə də razı deyiləm – 37 faiz, 17 faiz – razı deyiləm, bir faiz – bilmirəm.

Tədqiqata əsasən, digərləri ilə müqayisədə kiçik şəhərlərin əhalisi, 35+ yaş qrupu və “Gürcü Arzusu”nun tərəfdarları daha nikbindir.

NDI-ın məlumatına görə, sözügedən hesabat oktyabrın 14-dən noyabrın 4-dək (işğal olunmuş ərazilər istisna olmaqla) Gürcüstanın yetkin əhalisi arasında ölkə miqyasında aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır. Oktyabrda keçirilən sorğu ümumilikdə 2068 tamamlanmış müsahibəni əhatə edir. Sorğuda orta səhv nisbəti +/- 2,2 faiz təşkil edir.