NATO üzvləri Ukraynaya qarşı dəstəyini gücləndirirlər
NATO üzvləri Ukraynaya qarşı dəstəyini gücləndirirlər

NATO üzvləri Ukraynaya qarşı dəstəyini gücləndirirlər. Bu barədə Aliyans “feysbuk” səhifəsində yazır.

“NATO üzvləri Ukraynaya qarşı öz dəstəyini gücləndirirlər. Müttəfiqlər Belçika, Kanada, Çexiya, Estoniya, Fransa, Almaniya, Latviya, Litva, Hollandiya, Polşa, Slovakiya, Böyük Britaniya və ABŞ-dan hərbi yardımı artıq göndərib və ya təsdiq edirlər – odlu silahlar, döyüş sursatları və raketlər, o cümlədən hava hücumundan müdafiə və tank əleyhinə texnika. İtaliya maliyyə dəstəyi, İspaniya humanitar yardım hazırlayır. Türkiyə müdafiə sahəsində ukraynalı partnyorlarımızla əlaqələri dərinləşdirir.

NATO uzun illərdir ki, Ukraynalıları müdafiəsində dəstəkləyir. Biz bunu davam etdirəcəyik və başqalarını da eynisini etməyə çağırırıq”, – NATO-nun bəyanatında deyilir.