NATO sammiti çərçivəsində, İliya Darçiaşvili Yunanıstan Xarici İşlər naziri ilə görüşdü
NATO sammiti çərçivəsində, İliya Darçiaşvili Yunanıstan Xarici İşlər naziri ilə görüşdü

NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində, Gürcüstanın Xarici İşlər naziri, İliya Darçiaşvili Yunanıstanın Xarici İşlər naziri, Giorgos Gerapetritis ilə görüşdü.

İliya Darçiaşvili yunan həmkarını Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və onunla sıx əməkdaşlığa hazır olduğunu bildirdi.

Görüşdə tərəflər ölkələr arasında münasibətlərin gündəliyini nəzərdən keçirdilər. Qeyd olundu ki, Gürcüstan Yunanıstan Respublikası ilə tarixi əlaqələrə və ümumi Avropa dəyərlərinə əsaslanan çoxşaxəli əməkdaşlığa dəyər verir.