NATO sammiti çərçivəsində İlia Darçiaşvili belçikalı həmkarı Aca Labib ilə görüş keçirib
NATO sammiti çərçivəsində İlia Darçiaşvili belçikalı həmkarı Aca Labib ilə görüş keçirib

Gürcüstanın Xarici İşlər Naziri İlia Darçiaşvili Belçika Krallığının Xarici İşlər, Avropa İşləri, Xarici Ticarət və Federal Mədəniyyət İnstitutları naziri Aca Labib ilə görüşüb.

Görüşdə NATO-nun yubiley sammitinin əhəmiyyəti və onun gündəliyində nəzərdə tutulan məsələlər qeyd edilib, söhbətdə təhlükəsizlik çağırışları və onların həlli yollarına toxunulub.

NATO-Gürcüstan əməkdaşlığının və ölkənin alyansa inteqrasiyasının əsas aspektlərinə diqqət yetirilib. Yubiley sammitində tərəfdaş ölkələrin iştirakının vacibliyi vurğulanıb. Qeyd olunub ki, Gürcüstan alyansın regionda mühüm və etibarlı tərəfdaşıdır və onun Vaşinqton Sammitində iştirakı bunu bir daha təsdiqləyir.

Həmçinin, Gürcüstanın Avro-Atlantik məkanın təhlükəsizliyinin gücləndirilməsi  istiqamətində verdiyi töhfə də vurğulanıb.

Avropa İttifaqının keçmiş sədri olan Belçika ilə görüşdə Gürcüstanın Avropaya inteqrasiya prosesinə xüsusi diqqət yetirilib. 2023-cü ildə Gürcüstana namizəd statusunun verilməsi qeyd olunub və bu da Gürcüstanın Avropa İttifaqı ilə əməkdaşlığını yeni mərhələyə keçirib.

İlia Darçiaşvili Gürcüstanın Avropa İttifaqına inteqrasiyasının cari prosesləri və çağırışlarından danışıb və Gürcüstanın gələcək əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib.