NATO Parlament Assambleyasının vitse-prezidenti - biz Gürcüstanın NATO-ya üzv olmaq istəyini alqışlayır və dəstəkləyirik, bu bizim sarsılmaz mövqeyimizdir
Biz həmişə gürcü partyorlarla görüşür, bunun üçün bütün formatlardan və platformalardan istifadə edirik, Gürcüstanın NATO-ya üzv olmaq istəyini alqışlayır və dəstəkləyirik, bu bizim sarsılmaz mövqeyimizdir, hansının da barəsində Türkiyə bütün platdormalarda danışır, – bu barədə NATO Parlament Assambleyasının vitse-prezidenti, Osman Aşkın Baki gürcü deputatlarla görüşdən sonra bəyan etdi.
“Nazirlərimiz NATO qüvvələri ilə daim bu barədə danışırlar. Gürcüstan bizim dostumuz və qonşumuzdur və kommersiya, sənaye, müdafiə və logistika sahələrində çox yaxşı əməkdaşlığımız var. Bizim ticarət dövriyyəmiz daha da artır. Gürcüstanın Qafqaz bölgəsindən qoşulması hər kəs tərəfindən ciddi şəkildə dəstəklənməlidir, bu, Türkiyənin mövqeyidir. Biz bunu NATO Parlament Assambleyasında gürcü həmkarlarımıza bir daha təsdiq etdik”, – Osman Aşkın Bak bəyan etdi.