NATO Parlament Assambleyasında Rumıniya nümayəndə heyətinin rəhbəri - Gürcüstan NATO-ya üzv olduqca tezliklə olmalıdır
NATO Parlament Assambleyasında Rumıniya nümayəndə heyətinin rəhbəri - Gürcüstan NATO-ya üzv olduqca tezliklə olmalıdır

Mənim və həmkarlarımın mövqeyi dəyişməzdir, biz Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləyirik, – bu barədə Rumıniyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Atila Laszlo Madriddə gürcü qanunvericilərilə görüşdən sonra bəyan etdi.

“Gürcü həmkarlarımızla görüşdə Qara Dənizin təhlükəsizliyi və Qara Dəniz bölgəsinin dünya üçün nə qədər böyük və strateji əhəmiyyət kəsb etdiyi barədə danışdıq. Eyni zamanda, Rumıniya nümunəsindən və təcrübəmizdən danışdıq. Rumıniya NATO və Avropa İttifaqı üzvlüyünə qədər uzun bir yol keçib. Lakin bugünkü münaqişə bizə göstərdi ki, bu vacibdir. Ona görə də, bizim böyük istəyimizdir ki, Gürcüstan NATO-ya üzv olduqca tezliklə olsun”, – Atila Laszlo qeyd etdi.