NATO Parlament Assambleyasında Çexiya Senat Komitəsinin üzvü - bilirik ki, siz NATO və ya Avropa İttifaqına üzvlüklə bağlı tövsiyələrə əməl edirsiniz, Gürcüstan NATO-ya üzvlük üçün bütün meyarlara cavab verir
Çexiyanın mövqeyi hər kəsə məlumdur ki, biz Gürcüstana hörmət edirik, bu ölkəni sevirik və ona qarşı olan heçnəyimiz yoxdur, münasibətlərimizdə heç bir problem yoxdur, – Çexiya Senatının Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü,, Toma Yarsa NATO Parlament Assambleyasında Kopenhagendə Gürcüstanın Birinci Kanalına bildirib.
Toma Yarsanın qeyd etdiyinə əsasən, onun şəxsi fikri budur ki, Gürcüstan NATO-ya üzvlük üçün bütün kriteriyalara cavab verir.
“Biz bilirik ki, siz NATO və ya Avropa İttifaqına üzvlüklə bağlı bütün tövsiyələrə əməl edirsiniz, normal və dinc seçkilər keçirirsiniz, lakin problem ondadır ki, Gürcüstan fiziki cəhətdən Avropa İttifaqından bir qədər uzaqdır və bəzi ölkələr bu məsafəyə diqqət yetirirlər. Sizin NATO və Avropa Birliyinə üzv olmağa marağınız başa düşüləndir. Təhlükəsizlik baxımından bu, tamamilə təbiidir. Mənim şəxsi fikrim budur ki, Gürcüstan NATO-ya üzvlük üçün bütün meyarlara cavab verir, lakin təşkilatda qərar qəbul edən 31, Avropa İttifaqında isə 27 dövlət var. Sizin ərazilərinizin işğal edildiyini nəzərə alsaq, Gürcüstanın Avropaya inteqrasiya istəklərini başa düşmək olar. Eşitdik ki, Rusiya işğal olunmuş Abxaziyada donanma üçün hərbi baza açmaq istəyir. Qərar yox, ideya kimi səslənirdi. Ümid edirəm ki, bu baş verməyəcək, çünki bu, işğal olunmuş ərazilərdə baş verir və əminəm ki, NATO mütləq müdaxilə edəcək və Rusiya ilə Ukraynadakı müharibədən sonra dayandırılmış əlaqəni yenidən bərpa etməyə çalışacaq, çünki bu, həqiqətən də yaxşı fikir deyil. “, – Toma Yarsa deyir.
Müəllif -
Mehemmed Bayramaliyev