NATO Parlament Assambleyası Gürcüstana dəstəyin və yardımın gücləndirilməsindən bəhs edən iki qətnamə qəbul edib
Madriddə, NATO Parlament Assambleyası Gürcüstandan bəhs edən iki qətnamə qəbul edib.
Çəkindirmə və müdafiə təşəbbüsləri ilə bağlı qətnamədə deyilir ki, NATO-ya üzv ölkələrin hökumətlərini və parlamentlərini 2022-ci ilin sammitində Bosniya və Herseqovina, Gürcüstan və Moldova üçün qəbul edilmiş xüsusi ehtiyaclar paketlərini vaxtında həyata keçirməyə qətiyyətlə çağırır.
“NATO-nun yeni strateji erası” adlı qətnamədə Ukrayna, Gürcüstan və Moldova Respublikasının milli suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqlədiyi yazılır.
“Bütün üzv dövlətlərin parlamentləri tərəfindən artıq ratifikasiya edilmiş Finlandiya və İsveçin NATO-ya üzv olmağa dəvəti yekdilliklə alqışlanır ki, bu da bütövlükdə Avro-Atlantik təhlükəsizliyi gücləndirəcək və bir daha NATO-nun açıq qapı siyasətinə və Ukrayna, Gürcüstan və Bosniya və Herseqovinanın Avro-Atlantik inteqrasiyasına sarsılmaz dəstəyini qeyd edir.
NATO-ya üzv ölkələrin hökumətlərini və parlamentlərini davamlılığı gücləndirmək , potensialı inkişaf etdirmək və siyasi müstəqilliklərini qorumaq üçün həssas tərəfdaşlar Bosniya-Herseqovina, Gürcüstan və Moldovaya dəstəyi artırmağa çağırır. Həmçinin, Gürcüstan, Bosniya və Herseqovinanın Avro-Atlantik inteqrasiyasını dəstəkləməyə davam etdirsinlər” -deyə qətnamənin mətnində deyilir.
Eyni qətnamədə yazılır: “NATO-ya üzv ölkələrin hökumətlərini və parlamentlərini Rusiyanın hazırkı hakimiyyət şəraitində terrorçu dövlət olduğunu açıq şəkildə bəyan etməyə qətiyyətlə çağırır”.