2020-ci ildə NATO sammiti keçirilməyəcək.
Bu haqda qərar Londonda verildi.
Alyansın növbəti sammiti 2021-ci ildə keçiriləcək.
“Sammitə ev sahibliyi edən Böyük Britaniyaya təşəkkür edirik. Növbəti görüşümüz 2021-ci ildə keçiriləcək” – deyilir alyans tərəfindən yayılan bəyanatda.
Qeyd edilməlidir ki, Londonda keçirilən görüş sammit deyildi və o tədbir alyansın 70 illiyi ilə bağlı keçirildi.
NATO liderlərinin sammiti ən son 2018-ci ildə, Brüsseldə keçirilmişdi.