NATO-nun xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstanın Birinci Kanalına səfər edib
NATO-nun xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstanın Birinci Kanalına səfər edib

NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstanın Birinci Kanalına səfər edib.

Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili, Xəbərlər və cari yeniliklər blokunun rəhbəri Qiorqi Qvimradze Kolomina ilə  görüşüblər.

Birinci Kanalın jurnalisti Levan Axalaia NATO baş katibinin xüsusi nümayəndəsi ilə eksklüziv müsahibə yazacaq, tamaşaçılar dekabrın 24-də “Həftənin Moambesi”ndə bu müsahibəni izləyəcəklər.