NATO-nun xarici işlər nazirləri Gürcüstana dəstəkdən də bəhs edən birgə bəyanat yayıblar
NATO-nun xarici işlər nazirləri Gürcüstana dəstəkdən də bəhs edən birgə bəyanat yayıblar

 

NATO-nun xarici işlər nazirləri Buxarestdə keçirilən görüşdən sonra Gürcüstana dəstəkdən də bəhs edən birgə bəyanat yayıblar.

Bəyanatda qeyd edildiyi kimi, NATO-nun xarici işlər nazirləri alyansın açıq qapı siyasətinə qəti şəkildə sadiq olduqlarını ifadə edirlər.

“Qərbi Balkanlar və Qara dəniz regionları alyans üçün strateji əhəmiyyət kəsb edir. NATO-nun tərəfdaşları Bosniya və Herseqovina, Gürcüstan və Moldova Respublikasının xarici işlər nazirləri ilə görüşümüzü alqışlayırıq, çünki NATO onların bütövlüyünü və dayanıqlığını artırmaq, imkanları inkişaf etdirmək və siyasi müstəqilliklərini qorumaq üçün uyğunlaşdırılmış dəstəyi artırır.

Alyansın açıq qapı siyasətinə qəti şəkildə sadiqik. 2008-ci ilin Buxarest Sammitində qəbul etdiyimiz qərarları, Gürcüstan və Ukrayna ilə bağlı bütün sonrakı qərarımızı təsdiqləyirik”-deyə bəyanatda deyilir.