NATO-nun hərbi komitəsinin rəhbəri – Rusiyanın NATO ölkələrindən birinə təcavüz etməyi planlaşdırdığına dair heç bir əlamət yoxdur

10:56, 30.03.2024

Rusiyanın NATO ölkələrindən birinə təcavüz etməyi planlaşdırdığına dair heç bir əlamət yoxdur, – bu barədə NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer Latviyaya səfəri zamanı bildirib.

Şimali Atlantika Alyansının yüksək rütbəli hərbi rəsmisinin sözlərinə görə, Rusiyanın NATO-ya birbaşa hücumu təhlükəsi yoxdur.

“Problem ondadır ki, Rusiyanın ambisiyaları Ukraynadan kənara çıxır. Biz bunu bilirik, ona görə də bütövlükdə alyans daha hazırlıqlı olmalıdır”, – deyə Rob Bauer bildirib.

Rusiya Federasiyası Baltikyanı ölkələrdən birinə birbaşa hücum etməsə, bunun əvəzinə “separatçılardan” istifadə edərsə, NATO-nun bunu təhlükə hesab edib-etməyəcəyi ilə bağlı ünvanlanmış sualına, NATO-nun admiralı qeyd edib ki, alyansın müqaviləsinin 3-cü maddəsinə əsasən, hər bir ölkə özünü müdafiə edə bilməlidir.

Bununla yanaşı, Rob Bauer bildirib ki, hətta başqa dövlətin kiber fəaliyyəti də alyansın 5-ci maddəsini işə salmaq üçün kifayət qədər səbəbdir və 5-ci maddədən sadəcə birbaşa hücum zamanı istifadə edilə bilməz.NATO müqaviləsinin 5-ci maddəsinə əsasən, bir müttəfiqə qarşı hücum bütün alyansa hücum hesab olunur.

Oxşar