NATO-nun hərbi komitəsinin iclası bugün başlayacak və onda Gürcüstan məsələsi də müzakirə olunacaq
NATO hərbi komitəsinin iclası yanvarın 16-17-də keçiriləcək.
NATO-nun veb-səhifəsində yayılan pres-relizə əsasən, iclasa alyansın hərbi komitəsinin sədri general Petr Pavel rəhbərlik edəcək.
“İclasda alyansın cənubi flanqında mövcud olan çağırışlar müzakirə olunacaq. Hərbi başçılar “qəti dəstək missiyasının” partnyorları ilə Əfqanistan missiyası haqqında müzakirə aparacaqlar. Gürcüstan və Ukrayna ilə danışıqlar təhlükəsizlik məsələləri ilə bağlı vəziyyət, həyata keçirilən islahaylar və gələcək planlar baxımından müzakirə ediləcək” – deyilir pres-relizdə.
Bəyanatda həmçinin, deyilir ki, Gürcüstanın nümayəndələri ilə görüşdə, müdafiyə sahəsində aparılan islahatların tərəqqisi dəyərləndiriləcək və mövcud olan paketin gələcəyi haqqında danışıqlar aparılacaq.
NATO-nun hərbi Komitəsi ildə iki dəfə Brüsseldə yığılır və görüşdə alyansın missiyaları müzakirə olunur.