NATO-nun baş katibi İstanbulda Türkiyə prezidenti ilə görüşdü.
Türk medyasının məlumatına görə, Rəcəp Tayyip Erdoğan və Yens Stoltenberqin görüşünün əsas müzakirə mövzusu müdafiyə və təhlükəsizlik məsələləri idi.
Dolmabahçe sarayında keçirilən qapalı görüş bir saat davam etdi.
Görüşdə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və Müdafiyə Naziri Hulusi Akar İştirak edirdilər.
NATO-nun baş katibi Türkiyənin Xarici İşlər Naziri ilə də ayrı görüş keçirdi.
Yens Stoltenberqin dediyinə görə, NATO Suriyənin şimal hissəsində aparılan hərbi əməliyyata və kürtlər tərəfindən həbs edilən radikal islamistlərin həbsxanalardan çıxmaları ehtimalına görə narahatdır.
NATO-nun baş katibi qeyd etdi ki, Türkiyənin və alyansın digərin üzvlərinin “İslam dövləti” kimi düşmanı var və həbs edilən cihadistlərin azadlığa çıxmalarına imkan verilməməlidir.