NATO-nun 2022-ci ilə olan Strateji Konsepsiyası - 2008-ci ilin Buxarest Sammitində qəbul etdiyimiz qərarı və Gürcüstan və Ukraynaya yönəlik bütün sonrakı qərarları təsdiqləyirik
NATO-nun 2022-ci ilə olan Strateji Konsepsiyası - 2008-ci ilin Buxarest Sammitində qəbul etdiyimiz qərarı və Gürcüstan və Ukraynaya yönəlik bütün sonrakı qərarları təsdiqləyirik

 

Avro-Atlantik sülh, sabitlik və təhlükəsizliyə yönəlik ümumi marağımızı gücləndirmək üçün Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna ilə tərəfdaşlığımızı davam etdirəcəyik-bu barədə NATO-nun 2022-ci ilə olan Strateji Konsepsiyasında deyilir.

Konsepsiyada da qeyd olunduğu üzrə, alyans ittifaqa qoşulmağı hədəfləyənlərlə siyasi dialoqu və əməkdaşlığı gücləndirəcək.

“Alyansa üzv olmağa can atan ölkələrin təhlükəsizliyi bizim təhlükəsizliyimizlə bağlıdır. Biz onların müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik. Biz Alyansa qoşulmağı hədəfləyənlərlə siyasi dialoqu və əməkdaşlığı gücləndirəcəyik, onların zərərli müdaxilələrə qarşı dayanıqlığını gücləndirməyə kömək edəcəyik, imkanlarını gücləndirəcəyik və onların Avro-Atlantik istəklərini irəlilətmək üçün praktiki dəstəyimizi gücləndirəcəyik. Avro-Atlantik sülh, sabitlik və təhlükəsizliyə yönəlik ümumi marağımızı gücləndirmək üçün Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna ilə tərəfdaşlığımızı davam etdirəcəyik. 2008-ci ilin Buxarest Sammitində qəbul etdiyimiz qərarı və Gürcüstan və Ukraynaya yönəlik bütün sonrakı qərarları təsdiqləyirik”- deyə NATO-nun 2022-ci ilə olan Strateji Konsepsiyasında deyilir.