NATO-nun Əlaqələndirici Ofisinin rəhbəri "Quruculuq Strategiyası" və "Respublika Partiyası"-nın liderləri ilə görüşüb
NATO-nun Əlaqələndirici Ofisinin rəhbəri "Quruculuq Strategiyası" və "Respublika Partiyası"-nın liderləri ilə görüşüb

 
NATO-nun Əlaqələndirici Ofisinin rəhbəri, Aleksandre Vinikov “Quruculuq Strategiyası” və “Respublika Partiyası”-nın liderləri ilə görüşüb.

“Quruculuq Strategiyası”-nın lideri Qiorqi Vaşadzenin sözlərinə görə, Aleksandre Vinikovla görüşdə, Madrid sammitində Gürcüstan üçün daha çox inteqrasiya imkanlarının müzakirə edilməsi məsələsini qaldırıblar.

“Gürcüstan və milli təhlükəsizliyimiz üçün xüsusi əhəmiyyət kəsb edən Madrid Sammiti yaxınlaşır. Müvafiq olaraq, Madrid sammitində Gürcüstan üçün daha çox inteqrasiya imkanlarının müzakirə edilməsi məsələsini qaldırdıq. Təəssüf ki, “Gürcü Arzusu” ölkəmiz üçün əlavə müdafiə qabiliyyəti və silah tələb etmir. Biz bununla əlaqədar müzakirənin başlaması üçün məsələ qaldırmışıq, lakin bütün bunlar Gürcüstanda demokratik islahatların həyata keçirilməsinə müvafiq baş verməlidir, NATO da, Avropa İttifaqı da bizdən bunu tələb edir. NATO-ya inteqrasiya 19 aprel sazişində nəzərdə tutulan islahatlardan asılıdır. Əgər “Gürcü Arzusu” NATO və ya Avropa İttifaqının Gürcüstanı qəbul etməməsi ilə bağlı məzmunu “satmağa” çalışsa , bu yalan olacaq. NATO və Avropa İttifaqına aparan bütün yollar bizim əlimizdədir. Məhkəmə klandırsa, seçkilər azad və ədalətli deyilsə, hüquq-mühafizə orqanları yalnız siyasi tapşırıqları yerinə yetirirsə, o zaman nə NATO, nə də Avropa İttifaqı bizi bu şəraitdə qəbul edə bilməyəcək”, – deyə Q.Vaşadze bildirib.

Vaşadzenin sözlərinə görə, NATO nümayəndələrinin açıq şəkildə səsləndirdiyi mesaj Gürcüstanın islahatlar çempionu statusunu itirməsidir.

“Mən bu şəraitdə NATO və Avropa İttifaqına necə yaxınlaşa biləcəyimizə dair indi oxuyuram. Bu, bizim ev tapşırığımızdır, bunu yerinə yetirməliyik və bununla bağlı hamımız səsimizi çıxarmalıyıq” – deyə Q.Vaşadze əlavə edib.

Öz növbəsində, NATO-nun Əlaqələndirici Ofisinin rəhbəri Aleksandre Vinikov bildirib ki, görüşlər müxtəlif siyasi qüvvələrin ölkədə baş verən prosesləri, eləcə də regionda təhlükəsizliyi necə gördüklərini, Rusiyanın Ukraynanı qəddarcasına işğalından sonra təhlükəsizliyi necə gördüklərini, Gürcüstan və NATO arasında davam edən əməkdaşlığı necə qəbul etdiklərini eşitmək üçün mühüm fürsətdir.

“Gürcüstan NATO-nun əsas tərəfdaşı olaraq qalır və NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü güclü siyasi dəstəyi ilə dəstəkləyir ki, bu da indi, bu yeni kontekstdə daha vacibdir. Həmçinin, praktiki dəstəklə Gürcüstan islahat gündəmini təmin etmək üçün çox geniş spektrli NATO proqramlarına malikdir, bu da xüsusilə müdafiə sektorunda təhlükəsizliyin gələcək transformasiyası , təhlükəsizlik və kəşfiyyat istiqamətində demokratik parlament nəzarəti baxımından, həm də müttəfiqlərin həyata keçirdikləri digər , o cümlədən məhkəmə və seçki islahatları sahələrində vacibdir”-deyə Aleksandre Vinikov bildirib.