NATO kommunikesi  - Ruisyanı Abxaziya və Cənubi Osetiya bölgəsini müstəqil dövlətlər kimi tanımağını geri götürməyə, qanunsuz həbsləri və Gürcüstan vətəndaşlarının sıxışdırlmasını dayandırmağa çağırırıq

Brüsseldə NATO sammitindən sonra dərc olunmuş yekunlaşdırıcı sənəddə Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünə qarşı dəstək ifadə olunubdur.

“Biz Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünü beynəlxalq tanınmış sərhədlərdə dəstəkləyirik. Beynəlxalq öhdəliklərə müvafiq olaraq, Rusiyanı hər üç ölkədə icazəsiz yerləçdirdiyi hərbçilərini çıxarmağa çağırırıq.

Biz Ruisyanı Abxaziya və Cənubi Osetiya bölgəsini müstəqil dövlətlər kimi tanımağını geri götürməyə, Avropa İttifaqının mediasiyası ilə 2008-ci ildə imzalanmış atəşkəs razılaşmasını yerinə yetirməyə, bu bölgələrin militarizasiyasını, bu bölgələri Gürcüstandan zorla uzaqlaşdırma cəhdlərini dayandırmağa çağırırıq. Həmçinin Rusiyanı qanunsuz həbsləri və Gürcüstan vətəndaşlarının sıxışdırlmasını dayandırmağa çağırırıq. Biz bir daha Cenevrə beynəlxalq disskusiyalara qarşı dəstəyimizi ifadə edirik”, – NATO kommunikesində deyilir.