NATO – İens Stoltenberq NATO-nun Əfqanıstandakı səylərinə verdiyi töhfəyə görə Gürcüstana təşəkkür edib

16:50, 15.12.2021

İens Stoltenberq bu illər ərzində NATO-nun Əfqanıstandakı səylərinə verdiyi töhfəyə görə Gürcüstana təşəkkür edib, – bu barədə NATO-nun rəsmi saytında dərc olunmuş press-relizdə deyilir.

Təşkilatın bəyanatında deyilir ki, İens Stoltenberq Müttəfiqlərin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyib.

“NATO-nun baş katibi İens Stoltenberq NATO-nun mənzil-qərargahında Gürcüstanın baş naziri İrakli Ğaribaşvilini qəbul edib. Görüşdə siyasi və praktiki əməkdaşlıq məsələləri, o cümlədən regionda təhlükəsizlik vəziyyəti müzakirə edilib. Baş katib NATO-nun öz tərəfdaşlarına güclü siyasi və praktiki dəstəyini, eləcə də müttəfiqlərin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqləyib.

Baş katib Gürcüstanın NATO-nun ən yaxın tərəfdaşlarından biri olduğunu vurğulayıb və bu illər ərzində NATO-nun Əfqanıstandakı səylərinə verdiyi töhfəyə görə Gürcüstana təşəkkür edib.

Baş katib regiondakı təhlükəsizlik vəziyyətini, o cümlədən Rusiya hərbi qüvvələrinin Ukrayna və onun ətrafında cəmləşməsini, həmçinin Rusiyanın Qara dəniz regionunda sabitliyi pozmağa yönəlmiş hərəkətlərini müzakirə edib. Baş katib həmçinin qeyd edib ki, gələcəkdə ciddi siyasi və iqtisadi nəticələrə səbəb olacaq istənilən təcavüz Rusiyaya baha başa gələcək.

Liderlər həmçinin Gürcüstanın daxili islahatlarını və illik milli proqramın icrasını müzakirə ediblər. Bizim ədalət mühakiməsi islahatları, o cümlədən media azadlığı və təhlükəsizlik sektorunda hesabatlılıq üçün çalışmağı davam etdirməyimiz vacibdir”, – deyə baş katib bəyanatında bildirib.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayıb.

Oxşar