NATO hərbi komitəsinin iclasında Gürcüstan məsələsi də müzakirə ediləcək
NATO-nun hərbi komistəsinin iclası yanvarın 16-17-də, Brüsseldə keçiriləcək.
Görüşdə alyansın üzv ölkələrinin rəhbərləri ilə bərabər partnyor ölkələrinin – Gürcüstan və Ukraynanın nümayəndələri də iştirak edəcəklər.
NATO-nun veb-səhifəsində yayılan pres-relizdə deyilir ki, iclasa alyansın hərbi komitəsinin sədri general Petr Pavel rəhbərlik edəcək.
“Görüşdə alyansın hərbi flanqına mövcud olan çağırışlar müzakirə ediləcək. Müzakirələr həmçinin təhlükəsizlik baxımından mövcud olan vəziyyət və müdafiyə sahəsindəki islahatlar haqqında da aparılacaq” – deyilir pres-relizdə.
Bəyanatda həmçinin deyilir ki, Gürcüstan nümayəndələri ilə görüş zamanı, müdafiyə sahəsində həyata keçirilən islahatların müvəffəqiyyəti dəyərləndiriləcək və gələcək paket haqqında müzakirə aparılacaq.
NATO-nun hərbi komitəsi, rəhbərlər səviyyəsində ildə iki dəfə Brüsseldə keçirilir və alyansın missiyası müzakirə edilir.