NATO Qrenlandiya, Danimarka və ABŞ arasında əldə edilən razılaşmasını təqdir edir

19:34, 19.09.2026

NATO Qrenlandiya, Danimarka və ABŞ arasında əldə edilən təhlükəsizlik razılaşmasını təqdir edir.

Alyansda bildirdiklərinə görə, saziş bölgədə təhlükəsizlik və sabitliyin gücləndirilməsinə töhfə verəcək.

“Arktika və Şimali Atlantika kollektiv təhlükəsizliyimiz üçün çox vacibdir. Bu razılaşma bu çox vacib bölgədə təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”, – bəyanatda qeyd olunub.

NATO-da həmçinin izah ediblər ki, alyans Arktikada təhlükəsizliyin gücləndirilməsinə töhfə verməyə davam edəcək.

ABŞ və Danimarka Qrenlandiyanın təhlükəsizliyi məsələsində razılığa gəliblər. Danimarkanın Baş naziri Mette Frederiksenin bəyan etdiyinə görə, saziş gələn həftə BMT Baş Assambleyasında imzalanacaq.

Oxşar