NATO Bəyannaməsi - Bosniya və Herseqovinaya, Gürcüstan və Moldovaya ixtisaslaşdırılmış siyasi və praktiki dəstəyi gücləndirmək qərarını verdik
NATO-nun Madrid Sammitinin sonunda müttəfiq ölkələrin liderləri Gürcüstandan da bəhs edilən bəyannamə qəbul ediblər.
Bəyannaməyə əsasən, Alyans tərəfdaşlara, o cümlədən Bosniya və Herseqovinaya, Gürcüstan və Moldovaya ixtisaslaşdırılmış siyasi və praktiki dəstəyi gücləndirmək məqsədilə yeni tədbirlər görmək qərarı verib.
“Avropada dəyişən təhlükəsizliyi nəzərə alaraq, biz tərəfdaşlara, o cümlədən Bosniya və Herseqovinaya, Gürcüstan və Moldovaya ixtisaslaşdırılmış siyasi və praktiki dəstəyi gücləndirmək məqsədilə yeni tədbirlər görmək qərarı verdik. Biz onların birliyini və möhkəmliyini gücləndirmək, imkanlarını inkişaf etdirmək və siyasi müstəqilliklərini qorumaq üçün onlarla işləyirik. Biz həmçinin cənublu tərəfdaşlarımızın imkanlarının inkişafına dəstəyimizi gücləndirəcəyik” – deyə bəyannamədə deyilir.
Mətnə əsasən, sammit iştirakçıları Avstraliya, Finlandiya, Gürcüstan, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, İsveç, Ukraynanın dövlət və hökumət başçıları, eləcə də Avropa İttifaqının və Avropa Komissiyasının prezidentləri ilə dəyərli fikir mübadiləsi aparıblar.
“Biz NATO-nun çoxlu tərəfdaşları ilə birlikdə Madriddə bir araya gəldik. Biz Avstraliya, Finlandiya, Gürcüstan, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, İsveç, Ukraynanın dövlət və hökumət başçıları, eləcə də Avropa İttifaqının və Avropa Komissiyasının prezidentləri ilə dəyərli fikir mübadiləsi apardıq. Biz İordaniya və Mavritaniyanın xarici işlər nazirlərinin, eləcə də Bosniya və Herseqovinanın müdafiə nazirinin iştirakını müsbət qiymətləndiririk”- deyə bəyannamədə deyilir .
Bununla yanaşı, sammit iştirakçıları NATO-nun 2022-ci ilə olan Strateji Konsepsiyasını qəbul ediblər və bu konsepsiyada 2008-ci ilin Buxarest sammitində qəbul edilmiş qərarı və Gürcüstan və Ukrayna ilə bağlı bütün sonrakı qərarları təsdiqlədikləri deyilir.