NATO Baş Katibinin vəzifəsi üçün Yens Stoltenberqin mandatı 2022-ci ilə qədər uzadıldı
NATO Baş Katibinin vəzifəsi üçün Yens Stoltenberqin mandatı 2022-ci ilə qədər uzadıldı.
Bu barədə məlumat Şimali-atlantika Alyansının bu gün yayılan bəyanatında verilir.
“Müttəfiqlərimiz qərar verdilər ki, baş katib Yens Stoltenberqin mandatı 2022-ci ilin sentyabrın 30-na qədər uzadılsın. Müttəfiqlərimiz baş katibin fəaliyyətini dəstəklədilər, hansı ki, NATO-nun adaptasiya və modernizasiyasına doğru yönəldilib” – deyilir bəyanatda.