NATO baş katibinin müavini - Ukrayna və Gürcüstana deməliyik ki, biz hazırıq və əgər onlar da hazırdılarsa, o zaman bizim yanımızda olacaqlar
NATO baş katibinin müavini - Ukrayna və Gürcüstana deməliyik ki, biz hazırıq və əgər onlar da hazırdılarsa, o zaman bizim yanımızda olacaqlar

 

Ukrayna və Gürcüstana deməliyik ki, biz hazırıq və əgər onlar da hazırdılarsa, o zaman bizim yanımızda olacaqlar-bu barədə NATO baş katibinin müavini Mircha Coana Buxarestdə NATO xarici işlər nazirlərinin görüşündən əvvəl keçirilən konfransda açıqlayıb.

Moderator ona 2008-ci ildə Buxarest sammitində Ukrayna və Gürcüstanın alyansa üzv olacağına dair verilmiş qərar barədə sual ünvanlayıb.

“Biz Ukrayna və Gürcüstana, eləcə də Bosniya və Herseqovinaya, Qərbi Balkanlara deməliyik ki, biz hazırıq və əgər onlar da hazırdılarsa, o zaman bizim yanımızda olacaqlar. Hər bir suveren dövlətin öz gələcəyini xəyal etmək, o gələcək üçün mübarizə aparmaq və qərarımız əsasında olduğumuz yerdə durmaq hüququna malik olmağımız Buxarestin ruhudur. Bizim yerimiz qərbdədir, Ukraynanın yeri qərbdədir. Rusiya özünü sivil Avropadan ayırdı. Ukrayna sivil Avropanın bir hissəsi olacaq və biz bunu edirik. Bunun hansı formada və nə qədər müddət çərçivəsində baş verəcəyini həqiqətən bilmirəm, lakin onların bizim yanımızda olacaqlarını bilirəm. Onlar demokratik, inkişaf etmiş və özünə güvənən sivil Avropanın bir hissəsi olacaqlar. Ukrayna, Moldova və öz yolunu seçmiş bütün dövlətlərin yeri oradır. Bu, Buxarestin ruhudur”- deyə Mircha Coana açıqlayıb.