Natiya Turnava - Nazirliyin turizm siyasəti üzrə işləyən komandasını maksimal olaraq gücləndiririk
Natiya Turnava - Nazirliyin turizm siyasəti üzrə işləyən komandasını maksimal olaraq gücləndiririk

Mariyam Kvrivişvili öz təcrübəsi, peşəkarlığı və kreativliyi ilə turizm istiqamətilə bizim önəmli dayaqımız olacaq, – İqtisadiyyat naziri, Natiya Turnava hökumət administrasiyasında keçirilən brifinqdə Mariyam Kvrivişvilinin müavini olaraq təyin edilməsini bu cür dəyərləndirdi.

“Biz, Nazirliyin turizm siyasəti üzrə işləyən komandasını maksimal olaraq gücləndiririk. Buna görə, qərar verildi ki, Mariyam Kvrivişvili müavinim olaraq təyin edilsin”, – nazir qeyd etdi.

Natiya Turnavanın bəyanatına görə, mariyam Kvrivişvili turizmin yeni siyasətini işləyib hazırlayacaq ki, hansı da pandemiyaya görə, yeniləşməyi tələb edir. Həmçinin yeni layihələr və ölkədə turizmin dirçəlişi üçün yeni layihələr həyata keçirəcək.

“Biz, turizm məsələləri üzrə işləyən komandanın gücləndirilməsini davam etdiririk və gələcək də də bir sıra maraqlı yeniliklər olacaq”, – Turnava qeyd etdi.